Azərbaycan klubu bosniyalı müdafiəçi ilə 1 illik müqavilə imzaladı

23 May 2022 23:20 Sabah 1 669
Azərbaycan klubu bosniyalı müdafiəçi ilə 1 illik müqavilə imzaladı

“Sabah” fevralda heyətinə qatdığı Boyan Letiçlə yoluna davam edəcək.

Bosniya və Herseqovinadan olan müdafiəçi ilə 3 aylıq müqavilə yenilənib.

29 yaşlı legioner gələn mövsümün sonunadək Masazır klubunda çıxış edəcək.

Boyan Letiç karyerası ərzində ölkəsnin “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib.

Onun bura gələnə kimi son klubu İspaniyada “Mirandes” (2020-2022) olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?