Azərbaycan klubu bu legioneri ikinci dəfə baxışa gətirdi

22 Yanvar 2022 14:40 Sabah 2 161
Azərbaycan klubu bu legioneri ikinci dəfə baxışa gətirdi

“Sabah” baxışa yeni legioner çağırıb.

Antalyada təlim-məşq toplanışını davam etdirən “tələbələr” Hiqor Qabrieli sınaqdan keçirir.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. “Zarya” ilə yoxla görüşünün ikinci hissəsində meydana da çıxan braziliyalı müdafiəçi “Fluminense”nin yetirməsidir.

Rio de Janeyro klubunun U-20 komandasında 1 oyun keçirən 22 yaşlı “sambaçı” ötən ilin sentyabrında da "Sabah"a baxışa çağrılmış, lakin sənədlərində problem olduğu üçün geri qaytarılmışdı.

Daha doğrusu, həmin vaxt Ramin Quliyev baş məşqçi postundan ayrıldığından, cənubi amerikalı legioner barədə qərar vermək mümkün olmamışdı.

E.Həmidovun sözlərinə görə, Murad Musayev qarşıdakı günlərdə müdafiəçi haqda son fikrini açıqlayacaq.

Antalyadakı təlim-məşq toplanışı başa çatanadək onun komandada qalıb-qalmayacağı bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti