“Sabah” Azərbaycanın UEFA reytinqindəki əmsalını nə qədər artırdı?

9 İyul 02:10 Sabah 1 479
“Sabah” Azərbaycanın UEFA reytinqindəki əmsalını nə qədər artırdı?

“Sabah” Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb.

Sportinfo.az xəbər verir ki, buna Masazır təmsilçisinin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS klubunu məğlub etməsi səbəb olub.

“Sabah”ın qələbəsi ölkə reytinqinə 0,250 əmsal qazandırıb.

Hazırda Azərbaycan 18,812 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. 27-ci sırada 18,250 əmsalla Slovakiya, 25-ci yerdə isə 20,750 əmsalla İsrail yer alıb.

UEFA reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!