“Yaxşı oyun keçirdiyimizi düşünürəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın hücumçusu Coy-Lens Mikels Çempionlar Liqasının birinci təsnifat mərhələsində TNS-i (Uels) Sumqayıtda 2:0 hesabı ilə məğlub etdikləri ilk oyun haqda deyib.
Almaniyalı bildirib ki, rəqib müdafiədə çox sıx oynadığı üçün hücum qurmaq və boşluqlar tapmaq asan olmayıb.
“Belə komandaya qol vurmaq həmişə çətin olur. Bununla belə, istəyimizə çatdıq. İlk qoldan sonra rəqibin daha açıq futbol oynayacağını və hücumlarının sayını artıracağını gözləyirdik.
Ancaq hesab 2:0 olduqdan sonra da oyun üslublarını dəyişmədilər. Bu səbəbdən matç çətin keçdi. Qələbə qazandığımız üçün sevinirik”, - deyə o, söyləyib.

