“Sabah”dan yayılan yeni xəbərə RƏSMİ MÜNASİBƏT

18 Noyabr 2021 20:20 Sabah 1 294
“Sabah”dan yayılan yeni xəbərə RƏSMİ MÜNASİBƏT

“Hazırda gündəmimizdə belə bir məsələ yoxdur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

“Keşlə”nin Şamaxıya köçürülməsi qərara alınandan sonra daha bir klub barədə yeni iddialar yayılıb.

Bu dəfə “Sabah” haqda. 4 il öncə yaradılan və Mazasırda məskunlaşan Premyer Liqa iştirakçısının Qarabağ bölgəsini təmsil edəcəyi söylənilir.

Bildirilir ki, “tələbələr” yeni mövsümdən etibarən adını dəyişəcək və “Şuşa” olaraq çempionatda mübarizə aparacaq. Gələn xəbərlərdə o da qeyd olunur ki, klubun Şuşaya köçürülməsinə 2 il sonra başlanacaq.

E.Həmidov bildirib ki, yayılmış bu informasiya həqiqətəuyğun deyil: “Əslində, Masazırda məskunlaşmağa Bakının mərkəzi ilə eyni baxılması, məncə, düzgün deyil.

Masazır adi kiçik qəsəbə deyil. Hazırda burda çox sayda əhali yaşayır.

Çempionatda “Qarabağ”la “Neftçi”dən sonra ən çox tamaşaçı da bizim ev oyunlarımıza gəlir. Yəni, maraq baxımından Masazır heç də Premyer Liqada autsayder deyil, əksinə, ilk üçlükdədir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"