Ruslan Abışovla bağlı plan – Oynayan məşqçi ol, burada qal

21 Aprel 2021 20:00 Sabah 1 440
Ruslan Abışovla bağlı plan – Oynayan məşqçi ol, burada qal

«Sabah»da baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ramin Quliyevin Ruslan Abışovla bağlı planı məlum olub.

Sportinfo.az-ın məlumatına görə, gənc mütəxəssis ondan futbolçu kimi bir o qədər yararlanmaq niyyətində deyil.

Əgər Quliyev gələn mövsümə də sükaan arxasında başlayarsa, müdafiəçiyə butsılarını mıxdan asmağı məsləhət görəcək.

Onun niyyəti millinin sabiq üzvünü oynayan məşqçi kimi öz korpusunda görməkdir.

Digər Xəbərlər
Xəbər Lenti