"Sabah"da SÜRPRİZ HƏDƏF - Bir qələbə və inam yetər!

3 Aprel 2021 11:40 Sabah 711
"Sabah"da SÜRPRİZ HƏDƏF - Bir qələbə və inam yetər!

«Sabah»da baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ramin Quliyev rəhbərlik qarşısında götürdüyü öhdəlik barədə komandanı məlumaatlandırıb.

Visente Qomesin əvəzləyicisi PremyerLiqanın son 8 turunda avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqlarınıı bildirib.

Gənc çalışdırıcı çempionatın qalan bölümündə minimum 6 qələbə qazanmağı planlaşdırdığını qeyd edib.

Masazır təmsilçisi 20 tur ərzində 16 xal toplayıb və turnir cədvəlinin 8-ci sırasında yer alıb. Quliyev əsasını milli üzvlərinin təşkil etdiyi kollektivin yaxşı nəticə qazanmağa borclu olduğunu vurğulayıb.

O, komandanın potensialına diqqət çəkərək, qarşıya qoyulan məqsədi yerinə yetirməyə güclərinin çatacağını deyib.

Rəhbərlik tərəfindən onlara hər cür şəraitin yaradılmasını xatırladan gənc mütəxəssis qeyd edib ki, 3-4-cü yerlər uğrunda yarışmaq mümkündür.

Yetər ki, futbolçular özlərinə inansın, bunun üçün isə bir qələbə kifayətdir, ardı mütəq gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!