Azərbaycan klubu serbiyalı məşqçini iş başına gətirdi

31 Mart 2021 17:40 Sabah 1 342
Azərbaycan klubu serbiyalı məşqçini iş başına gətirdi

Visente Qomesdən istefasından sonra “Sabah”da baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ramin Quliyev özünə daha bir köməkçi götürüb.

Sportinfo.az-ın məlumatına Miloş Yevtiç fiziki hazırlıq üzrə yardımçı vəzifəsini yerinə yetirəcək.

Onunla 2 aylıq müqavilə imzalanıb.

Azərbaycan futbolu serbiyalı mütəxəssisə yaxşı tanışdır. Balkanlı 4 il “İnter”də (indiki “Keşlə) çalışıb. Burada Kaxaber Sxadadzenin korpusunda yer alıb.

Gürcü baş məşqçi ölkəmizdən ayrılandan sonra onu özüylə Gürcüstan yığmasına aparıb. Həmçinin Qazaxıstanda bir yerdə işləyiblər.
Yevtic hazırda işsiz olduğundan, Azərbaycana dönməyə razılıq verib.

R.Quliyev ondan əvvəl Rəşad Hüseynovu öz korpusuna götürüb. Sonuncu buna kimi klubun akademiyasında çalışıb. Quliyev onunla yanaşı, İlkin Hacıyevi özünə yardımçı təyin edib.

Baş məşqçi əvəzi Visente Qomesin gedişindən sonra onun 2 məşqçisi ilə vidalaşıb. Bunlar Rövşən Babayev və Aleksandr Qrossdur.

Digər Xəbərlər
Xəbər Lenti