COP29

"Lənkəran" sürpriz etdi, Vüqar Nadirov məmnun qaldı, "Şimal" küləyi əsdi

18 Aprel 09:40 Region Liqası 3 082
"Lənkəran" sürpriz etdi, Vüqar Nadirov məmnun qaldı, "Şimal" küləyi əsdi

Region Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Cavab görüşlərində bir sıra sürpriz nəticələr qeydə alınıb.

Belə ki, yarışın ötənilki finalçısı olan «Çinar» mübarizəni erkən dayandırıb. Zəngilan klubu səfərdə «Lənkəran»a uduzub.

Vüqar Nadirovun çalışdırdığı «Hypers» ilk matçdakı məğlubiyyətin əvəzini «Qala»dan çıxıb və adını növbəti etapa yazdırıb.

«Şimal» da 2 cavabsız qolla «Neftçala»ya qalib gələrək, yoluna davam edib. Saatlı «Ümid»i Bərdə səfərindən 3:2 hesablı qələbəylə dönüb və ona bəslənilən ümidləri doğruldub.

«Masallı» - «Olimpiya» (Ağcabədi) qarşılaşması birincilərin xeyrinə başa çatıb - 2:1.

«Göyəzən» Qazaxda «Göyçay»ı meydana çıxmağa peşman edibsə, «Ağstafa Gəncləri»nin «Mübariz»i turnirdən kənarlaşdırmağa çətinlik çəkməyib.

SPORTİNFO.AZ

Pley-off (1/8 Final) cavab oyunu

Oyun

Tarix

Stadion

Nəticə

Araz (İmişli)-Zəfər-44

13.04.2024

İmişli şəhər stadionu

1

3

Bərdə FK-Ümid FK

13.04.2024

Bərdə şəhər stadionu

2

3

Masallı PFK-Olimpiya (Ağcabədi)

13.04.2024

Masallı mərkəzi stadionu

3

2

Pen 5:4

Göyəzən PFK-Göyçay FK

14.04.2024

Qazax şəhər stadionu

3

0

Lənkəran FK-Çinar Zəngilan FK

14.04.2024

Lənkəran OİK

2

1

Şimal FK-Neftçala FK

14.04.2024

Siyəzən şəhər stadionu

2

0

Ağstafa Gəncləri-Mübariz FA

14.04.2024

Ağstafa şəhər stadionu

3

1

Hypers FC-Goranboy Qala FK

14.04.2024

ASK Arena

3

0

Bombardirlər: Cəfər Şahməmmədov (Mübariz Futbol Akademiyası) – 38, Balazair Əsədullayev (Çinar Zəngilan FK) -38, Sahib Ağabəyov (Gənclər PFM) – 26 qol.

Digər Xəbərlər
Xəbər Lenti