"Lənkəran" qara zolaqdan çıxdı, yenə "Şimal" küləyi əsdi

29 Fevral 19:20 Region Liqası 2 773
"Lənkəran" qara zolaqdan çıxdı, yenə "Şimal" küləyi əsdi

Region Liqasında növbəti turun oyunları keçirilib.

Paytaxt-Şimal zonasının «A» qrupunda mübarizə aparan «Mübariz» və «Çinar» növbəti qələbəsini qazanaraq, liderlik iddiasını sürdürüb.

«B» qrupunda yarışan «Hypers»lə «Şimal» da son həftəni qalibiyyətlə tamamlayıb. Vüqar Nadirovun çalışdırdığı birincilər «Cürət»i istələyibsə, Xaçmaz təmsilçisi «Dirçəliş»in dirçəlməsinə imkan verməyiblər.

Qərb bölgəsində «Göyəzən»ə çatan yoxdur. Qazax klubu doğma məkanda «VT Gəncə»nin qapısından 4 cavabsız top keçirib.

«Ümid» mərkəz regionunda ilk pilləyə yüksəlib. Saatlı kollektivi «Göyçay»ı 6:4 üstələyərək, zirvəyə qalxıb.

«Lənkəran» cənub zonasında ilk qələbəylə tanış olub. «Biləsuvar»a 6:0 cavabsız qol vurublar. Masallı derbisində isə «Ərkivan» öz meydanında «Masallı»ya məğlub olub – 2:3.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"