İddialılar Region Liqasına fırtına kimi başladı

28 Noyabr 2023 09:40 Region Liqası 2 132
İddialılar Region Liqasına fırtına kimi başladı

Nəhayət ki, Region Liqasında yeni mövsümə start verilib.

İlk olaraq Paytaxt və Şimal zonası üzrə oyunlar keçirilib.

Millinin və «Qarabağ»ın sabiq hücumçusu Vüqar Nadirovun çalışdırdığı «Hypers» sezona 3 xalla başlayıb. Debütant İCBFA-ya 3 cavabsız qolla qalib gəlib.

Yeni yaradılan «Xanlıq» (Qubadlı) «City Baku»ya böyük hesabla uduzub.

İlk dəfə baş tutan Xaçmaz derbisində «Şimal» FK ŞKGB-ya 5 cavabsız qol vurub. Ötən «futbol ili»ndə finaladək yüksəlmiş «Çinar» 9:0 hesabıyla «Gəncoər»i darmadağın edib.

A qrupu
«Çinar Zəngilan» - «Gənclər» PFM 9:0
«Ramana» - «Mübariz» FA 3:4
«İrəvan» İK – «Record Club» 0:8
«Xanlıq Qubadlı» - «City Baku» 2:7
(«Gənclik» İK ilk turda istirahət edib)

B qrupu
«Cürət Corat» - «Lokomotiv Biləcəri» 0:0
«Şimal» FK (Xaçmaz) - ŞKGB (Xaçmaz) 5:0
İCBFA – «Hypers» FC 0:3
«Şirvanovka» - «Dirçəliş» 1:0

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti