Hakimlər Lənkəran stadionundan belə “qaçdı” - HADİSƏNİN VİDEOsu

16 May 2023 17:00 Region Liqası 1 322
Hakimlər Lənkəran stadionundan belə “qaçdı” - HADİSƏNİN VİDEOsu

Region Liqasının ¼ final mərhələsinin son qarşılaşması qalmaqalsız ötüşməyib.

Belə ki, Kamranbəy Rəhimovun başçılıq etdiyi hakimlər briqadası “Xəzər Lənkəran 42” – “Marxal” oyununda (2:0) aləmi bir-birinə qatıb.

Referinin verdiyi qərarlar yerli publikanı hiddətləndirib.

“Xəzər Lənkəran” Mərkəzi Stadionunu doldurmuş azarkeşlər “fit sahibi”nin ünvanına sərt iradlar səsləndiriblər. Polis “ədalət təmsilçiləri”nin qaçaraq meydandan çıxmasına şərait yaradıblar.

«Xəzər Lənkəran 42» hər hissədə bir qol vurub və penaltini qaçırıb. Nəticədə 2:0 hesablı qalibiyyət onları yarımfinala daşımayıb.

Şəkidəki ilk görüş «Marxal»ın 3:1 hesablı qələbəsiylə başa çatıb. Lakin AFFA İntizam Komitəsi bu qarşılaşmanın nəticəsini ləğv edib.

Belə ki, əsasnamənin 5.3-cü maddəsinin tələbinin pozulmasına görə “Xəzər Lənkəran 42”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Müəyyən olunub ki, cənub klubu ¼ final mərhələsinin səfər qarşılaşmasında çempionatın əsasnaməsini pozub, meydana 2 "lipa" buraxıb.

«Marxal» növbəti mərhələdə Zəngilan «Çinar»ı ilə münasibətlərinə aydınlıq gətirəcək. «Qusar» isə Naxçıvandan «Arpaçay»la üz-üzə gələcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti