Region Liqasında ikinci yarımfinalçını "lotoreya" seçdi

8 May 2023 09:40 Region Liqası 1 291
Region Liqasında ikinci yarımfinalçını "lotoreya" seçdi

Region Liqasında növbəti yarımfinalçı məlum olub.

«Qusar» ¼ final mərhələsində «Füzuli»ni üstələyib və adını son dörd iştirakçı arasına yazıb.

Yarımhəvəskar məşqçi Kamran Əlibabayevin çalışdırdığı şimal təmsilçisi Ağcabədi Olimpiya Kompleksinin stadionunda keçirilən matçın əsas vaxtını 1:1 bitirib.

İlk oyun da bu hesabla başa çatdığından, tərəflər əlavə vaxta gedib. Cütün qalibini isə penaltilər seriyası müəyyənləşdirib - 4:3.

K.Əlibabayevin komandasının burada bəxti gətirib - 4:3.

Daha öncə “Çinar”ın yarımfinala vəsiqə qazandığını da xatırladaq. Belə ki, Zəngilan komandası Şəmkir “Qala”sından sonra Yevlax “Karvan”ını da mübarizədən kənralaşdırıb.

Bu cütün qalibi ya “Marxal”, ya da “Xəzər Lənkəran 42” ilə qarşılaşacaq. Sözügedən komandalar arasında keçirilməli olan ¼ final mərhələsinin cavab qarşılaşması təxirə salınıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti