Futbolda ilk addımlarını atan rayonun iddialı komandası və gözəl mənzərəsi – VİDEO+FOTOLAR

4 May 2023 23:00 Region Liqası 6 268
Futbolda ilk addımlarını atan rayonun iddialı komandası və gözəl mənzərəsi – VİDEO+FOTOLAR

Şəki futbol səhnəsinin yeni adlarındandır. Bu rayon hələlik Region Liqasında təmsil olunur.

Cari mövsümə yarışa iki komanda ilə qatılan Şəki yarımfinalı görməyə çox yaxındır.

«Marxal» ¼ final mərhələsinin ilk qarşılaşmasında «Xəzər Lənkəran»a 3:1 hesabıyla qalib gəlməyi bacarıb.

Yerli fanatlar da cənublularla matçda əla performans sərgiləyib.

Oyunun başlamasından hələ xeyli öncə stadionu dolduran azarkeşlər 90 dəqiqə ərzində dayanmayıb, doğma komandalarını qələbəyə səsləyib.

Müxtəlif şüarlar və rəngli petardalarla «silahlanmış» publika arenada gözəl ab-hava yaradıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti