“Xəzər Lənkəran” olayı: “Xəbəri oxudum, dərhal AFFA-dakı şəxslə əlaqə saxladım, dedi ki…”

3 May 2023 20:00 Region Liqası 3 380
“Xəzər Lənkəran” olayı: “Xəbəri oxudum, dərhal AFFA-dakı şəxslə əlaqə saxladım, dedi ki…”

"Xəzər Lənkəran 42" texniki məğlubiyyətlə üzləşə bilər.

Buna səbəb Region Liqasının ¼ final mərhələsinin ilk oyununda baş verən hadisədir.

Cənub klubu "Marxal"la səfər qarşılaşmasında çempionatın əsasnaməsini pozub, meydana 2 "lipa" buraxıb.

Şəkidəki görüşdə 1:3 hesabıyla uduzan "ağ-yaşıllar" peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib.

Belə ki, ötən mövsüm "Xan Lənkəran"ın formasını geyinən bu oyunçular 2022-ci ilin yanvarında Tacikistana yollanıb və əsas liqada çıxış edən "Fayzkand"ın formasını geyinib.

Xəzər Lənkəran"ın yetirmələri bir müddət öncə Asiya təmsilçisindən ayrılıb və vətənə qayıdıb.

Region Liqasının əsasnaməsinə görə, çempionatda peşəkar statuslu futbolçular çıxış edə bilməz. İştirak ərizəsinə daxil edilən oyunçunun ən yaxşı halda son 2 ili professional klubda forma geyinməməsi tələb olunur.

Məsələ kifayət qədər ciddi olduğundan, haqqı tapdanan “Marxal”ın prezidenti ilə əlaqə saxladıq.

Elgün Hüseynov Sportinfo.az-ın üzə çıxardığı problemlə bağlı bunları dedi:

“Xəbəri saytınızda oxudum. Dərhal AFFA-da aidiyyəti şəxslə əlaqə saxlayıb, maraqlandım.

Bizə xəbərin həqiqəti əks etdirməyi bildirildi. Deyildi ki, sifariş ərizəsi təqdim olunanda futbolçuların karyerası araşdırılıb və yoxlama aparılandan sonra icazə verilib. Yəni aldığımız cavab bu oldu.

Sonradan özüm də internet qaynaqlarında araşdırma apardım. Baxıram ki, həqiqətən də Tacikistanda oynayıblar.

Amma bu ölkənin çempionatı yaz-payız sistemində keçirilir. Belə olduğu halda, fikrimcə, Region Liqasında oynamaq mümkündür. Məndə olan məlumat belədir”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!