
Region Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb.
«Xəzər Lənkəran 42» Ağsuda «Ağsu 06» ilə minimalhesablı bərabərliyə imza atıb - 1:1.
«Qala» isə şəmkirli futbolsevərləri sevindirə bilməyib. Qərb təmsilçisi doğma məkanda Zəngilan «Çinar»ına 0:1 hesabıyla uduzub.
Saatlı «Araz»ı da növbəti mərhələyə yüksəlmək şansını çətinləşdirib. Aran komandası öz evində «Qusar»a məğlub olub - 0:2.
«Şirvanovka» Bakıda «Füzuli»yə, «Karvan» Neftçalada eyniadlı komandaya 2:1 qalib gəlib.
Pley-off mərhələsinin cavab görüşləri aprelin 15-16-sı aralığında keçiriləcək
SPORTİNFO.AZ