Tanınmış iş adamı peşəkar futbola qayıdan klubu himayəsinə götürdü - SON DƏQİQƏ

29 Mart 2023 23:20 Region Liqası 2 481
Tanınmış iş adamı peşəkar futbola qayıdan klubu himayəsinə götürdü - SON DƏQİQƏ

Şahmar Vəliyev yenidən futbol sektoruna qayıdıb.

Azərbaycanla yanaşı, bir neçə xarici ölkədə böyük biznes şəbəkəsi olan tanınmış iş adamı «Karvan»ı himayəsinə götürüb.

Yevlax təmsilçisi növbəti mövsümdən etibarən I Divizionda mübarizə aparacaq.

AFFA bir neçə ildir Region Liqasında qüvvəsini sınayan klubun peşəkar statuslu yarışda iştirakına razılıq verib. Aran təmsilçisinin I Divizionun 4 debütantından biri olacağı artıq dəqiqdir.

Şahmar Vəliyev «Karvan»ın yaradıcılarından biridir. Adıçəkilən klub 2004-cü ildə məhz onun yaxından köməyi və iştirakıyla ortalığa çıxıb.

Yevlaxda baza və stadionun tikilməsinə böyük vəsait ayırıb. O, ümumilikdə 7-8 il «Karvan»a rəhbərlik edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti