
Növbəti mövsüm I Divizionda mübarizə aparmaq istəyinə düşənlərin siyahısına «Şirvanovka» da öz adını əlavə edib.
Bu barədə Sportinfo.az-a komandanın baş məşqçisi Kamran Nurəhmədov məlumat verib.
Qusar təmsilçisinin çalışdırıcı artıq AFFA-ya müraciət etdiklərini bildirib:
«Region Liqasının ən stajlı iştirakçılarından biriyik. Burada dördüncü ilimizi keçiririk.
Divizionda çıxış etməyə haqqı çatan bir neçə komanda varsa, onlardan da biri «Şirvanovka»dır.
Biz ümidliyik. AFFA-nın baş katibi Sərxan Hacıyevlə bu haqda danışmışam. Orada oynamaq istədiyimizi «votçap»da ona yazmışam.
Sərxan müəllimə «Şirvanovka»nın problemlərini də demişəm. O da cavab verib ki, Diviziona buraxılacaq yeni komandaların məsələsinə bir müddət sonra aydınlıq gələcək».