Qərb bölgəsində daha bir komanda formalaşdırılır - FOTOLAR

14 Mart 2023 15:00 Region Liqası 1 811
Qərb bölgəsində daha bir komanda formalaşdırılır - FOTOLAR

"Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması layihəsi" çərçivəsində növbəti toplantı Tovuzda keçirilib.

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dövlət Agentliyinin dəstəyi "Mədinə" Humanitar Yardım Təşkilatı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "Fencing" İdman Klubu və "Difai" Futbol Klubunun iştirakı ilə təşkil olunub.

Yerli Olimpiya Kompleksində baş tutan görüşdə müharibə iştirakçılarına yeni layihə barədə geniş məlumat verilib.

Tovuzun idman rayonu olmasını söyləyən "Difai"nin prezidenti Asəf Məlikov bildirib ki, Vətən savaşına qatılmış gənc nəsilin nümayəndələrinə diqqət hamının borcudur.

O, bu ilin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunduğunu diqqətə çatdırıb, qeyd edib ki, rəhbərlik etdiyi klubun təşkilatçılığı ilə futbol üzrə "Ulu Öndər" Kuboku yarışı keçiriləcək.

Turnirdə müxtəlif bölgə komandalarının mübarizə aparacağını vurğulayan A.Məlikov Tovuzun da burada təmsil olunmasını istədiklərini gizlətməyib.

"Difai"nin yaradıcısı Tovuzda qazilərdən ibarət kollektivin yaradılması təşəbbüsü ilə çıxış edib.

Bildirib ki, yeni formalaşdırılacaq komandanın "Ulu Öndər" yarışmasından sonra Region Liqasında qüvvəsini sınaması onların arzusudur.

Bu istiqamətdə görüləcək işlərdə müharibə iştirakçılarına dəstək verəcəklərini söyləyən A.Məlikov diqqətə çatdırıb ki, indiyədək Qax, Zaqatala, Xaçmaz, Quba və İsmayıllıda bu qəbildən olan tədbirlər keçirilib.

I Qarabağ Müharibəsinin veteran hərbiçisi deyib ki, təkcə futbol deyil, digər idman növləri ilə məşğul olmaq istəyənlər də ona müraciət edə bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu