Lənkəran futbol səhnəsində olacaq – Mənsimov da razılaşdı

8 Sentyabr 2022 11:40 Region Liqası 2 543
Lənkəran futbol səhnəsində olacaq – Mənsimov da razılaşdı

Lənkəran son 2 ildəki kimi, Region Liqasının növbəti mövsümündə də təmsil olunacaq.

Bu barədə AFFA-dan Sportinfo.az-a məlumat verilib.

Redaksiyamıza bildirilib ki, federasiya ilə yerli İcra Hakimiyyəti (İH) arasında bununla bağlı aparılan danışıqlar müsbət nəticələnib.

Lənkəranın rəsmi dairələri AFFA-nın Region Liqasında çıxış etməklə bağlı təklifini dəstəkləyib. Və böyük ehtimalla, həmin klub «Alyans» olacaq.

Bir il öncə sözügedən yarışmada mübarizə aparmış komanda həm federasiyadan, həm də İH-dən maddi-texniki dəstək alacaq.

«Xəzər Lənkəran»ın prezidenti Mais Mənsimov şəxsi mülkiyyətinə daxil etdiyi eyniadlı stadionu müəyyən məbləğ qarşılığında «Alyans»ın ixtiyarına verib. Birillik icarə müqaviləsi razılaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!
22 Dekabr 08:00 Azərbaycana qış gəldi