"Xan Lənkəran"ın prezidenti klubun gələcəyi ilə bağlı bütün müəmmalara son qoydu!

30 İyul 2022 10:40 Region Liqası 2 753
"Xan Lənkəran"ın prezidenti klubun gələcəyi ilə bağlı bütün müəmmalara son qoydu!

«Xan Lənkəran» növbəti mövsüm Region Liqasında çıxış etməyəcək.

Bu barədə Sportinfo.az-a klubdan məlumat verilib.

Cənub təmsilçisindən redaksiyamıza daxil olan informasiyaya görə, bu, prezident Pərviz Hüseynovun qərarıdır.

Rusiyada fəaliyyət göstərən lənkəranlı iş adamı AFFA-nın son qərarına görə komandanı Region Liqasından çəkməyi lazım bilib.

Federasiya «Xan Lənkəran»ın «Qobustan»la varislik əsasında I Divizionda yarışmasına müsbət yanaşmayıb, onların bununla bağlı müraciətini cavablandırmayıb.

AFFA-nın bu saymazyana münasibətinə rəğmən, «ağ-yaşıllar» fəaliyyətini tamamilə dayandırmayacaq. Klub uşaq futbolunda öz varlığını göstərəcək, Lənkəran və Bakıda bu sahə üzrə yeni layihələr həyata keçirəcək.

Bilindiyi kimi, "Füzuli", "Ağsu Siti", "Göyəzən", "İrəvan", "Qobustan" və "Bakılı" I Divizionda iştirak üçün AFFA-ya məktub ünvanlayıb.

AFFA-nın saytı iddia edib ki, bununla bağlı müvafiq qaydada araşdırma aparılıb. Sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və Peşəkar Futbol Liqası tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyənləşib.

Beləliklə, tələb olunan 11 meyara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət etmiş klubların 2022/2023 mövsümündə Divizionda çıxışı baş tutmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti