“Çempionatın formatı komandaların sayına uyğun olaraq müəyyənləşdiriləcək”

4 Sentyabr 2021 17:40 Region Liqası 1 181
“Çempionatın formatı komandaların sayına uyğun olaraq müəyyənləşdiriləcək”

AFFA Region Liqasının 2021/22-ci illər mövsümünə hazırlıq məqsədi ilə liqada iştirak etmək istəyən komandaların nümayəndələri ilə ZOOM platforması üzərindən onlayn iclas keçirib.

Burada yarışın planı, iştirak qaydaları, qeydiyyat prosesləri barədə ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev cari məsələlər haqda Sportinfo.az-a bunları söyləyib:

“Onlayn toplantıya həm ötən mövsüm çemionatda mübarizə aparan, həm də yeni qoşulmaq istəyən komandaları dəvət etmişdik.

Görüşdə onlara budəfəki yarışdə tətbiq olunacaq yeniliklər və qaydalar barədə məlumat verildi. Ən əsası, qeydiyyat prosesində vacib olan sənədləşmə ilə bağlı danışıldı.

Komandaları qeydiyyat prosesinə daha sürətli şəkildə qoşulmağa dəvət etdik. Artıq bu iş başlayıb və hansısa suallar yaranarsa, onlara operativ reaksiya göstəriləcək.

Liqanın formatı iştirakçıların sayına uyğun olaraq müəyyənləşdiriləcək. Qeydiyyatın ilkin mərhələsi sentyabrın 20-də başa çatacaq.

Əsas iştikaçılar ovaxtadək məlum olacaq. Çünki bəzi komandaların problem yaranır və sənədləşmə mərhələsini keçməyə çətinlik çəkirlər.

Onlarla sonradan ayrıca işlər aparılacaq. Hamısı ilə ayrı-ayrılıqda iş gedəcək. həm əvvəlki iştirakçılarla, həm də yeni gələnlərlə.

Ümumiyyətlə, sentyabrın sonunadək qeydiyyatı bitirməyi nəzərdə tutmuşuq. Oktyabrda isə çempionata start verməyi planlaşdırırıq.

Bu, daha çox komandaların qeydiyyatdan nə vaxt keçməsindən asılıdır. Biz görməliyik ki, liqanın startı üçün hansısa problem qalmayıb”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"