"Borussiya"nın ulduzu "Qəbələ"nin rəisindən top aldı, əvəzində… FOTO

22 Aprel 2020 21:00 Qəbələ 666
"Borussiya"nın ulduzu "Qəbələ"nin rəisindən top aldı, əvəzində… FOTO

«Qəbələ»nin sabiq rəisi Səbuhi Səfiyarlı sosial şəbəkə profilində maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, klub təsərrüfatında qazandığı uğurlarla yadda qalmış kesmiş funksioner Pyer Obameyanqın Bakıya səfərindən ona yadigar qalan hədiyyəni nümayiş etdirib:

«Bekarçılıqdan səliqə-sahman işləri ilə məşğul olanda Obameyanqın forması tarixçəni yadıma saldı. Bakıdakı oyunda het-trik edəndən sonra oyundakı toplardan birini xatirə saxlamaq üçün istədi.

Bizim avtobus artıq otelə getmişdi deyə, dedim, topları da aparıblar. «Borussiya»nın meneceri yaxınlaşdı ki, kimsə top gətirsə, Obameyanq oyundakı formasını ona hədiyə edəcək.

Dedim, onda formanı ver, topu gətirərlər indi. İnzibatçılara zəng elədim ki, tez otelin qabağındakı taksilərdən biri ilə oyin toplarından birini göndərin. Beləcə, bu forma kolleksiyama daxil oldu».

S.Səfiyarlının bəhs etdiyi oyun 2015-ci il, oktyabrın 22-də keçirilib. Avropa Liqasının C qrupunda yer alan «Qəbələ» həmin gün «Borussiya» ilə Bakıda qarşılaşıb. Dortmund komandası qabonlu ulduzun het-triki sayəsində buradan 3:1 hesablı qələbəylə dönmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti