“Qəbələ” yay fasiləsində yalnız legioner futbolçularla güclənəcək.
Hazırda bütün diqqət buna ayrılıb.
Dörd əcnəbi ilə sözləşmə imzalanıb, daha 3-4 nəfərin gəlişi gündəmdədir.
Baş məşqçi Kaxaber Tsxadadzenin sərəncamında kifayət qədər azərbaycanlı var.
Təcrübəlilər – Asif Məmmədovla Səlahət Ağayev, akademiyanın “məhsullar”ı – Həbib Hüşənov, Eşqin Əhmədov, Süleyman Damadayev, Nuğay Rəşidov, Nicat Əliyev, Elnur Mustafayev, Şahin Şahniyarov, Fərid İsgəndərov, Salman Ələsgərov, Qədir Ramazanov, Ziya Şəkərxanov növbəti mövsümdə gürcü çalışdırıcının sərəncamında olacaq.
Onlara daha iki nəfər də qoşulub.
Söhbət hücmçu Xəyyam Məmmədli ilə müdafiəçi Samir Ağayevdən gedir.
Ötən mövsümü icarə əsasında “Baku Sportinq”də və “Zirə”nin əvəzedici komandasında keçirmiş gənclər “Qəbələ”yə qayıdıb.
Komandanın yay fasiləsindəki yoxlama görüşlərində iştirak edən gənclər əsas komandanın məşqlərinə qatılacaq, Tsxadadzenin istəyinə uyğun olaraq Premyer Liqada şans qazanacaqlar.
HƏBİB / SPORTİNFO.AZ

