“Kvanju” Fil Dişi Sahilindən olan cinah hücumçusu Adriel Ba Louanı heyətinə qatıb.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı legioner “Qəbələ”dən ayrıldıqdan sonra Cənubi Koreya təmsilçisinə keçib.
K Liqada çıxış edən klub Ba Louanın Avropanın müxtəlif çempionatlarında qazandığı təcrübəni və hücum xəttində bir neçə mövqedə oynamaq bacarığını xüsusi vurğulayıb.
Ba Loua ötən mövsüm “Qəbələ”nin heyətində ümumilikdə 34 oyuna çıxıb, dörd qol vurub və 11 məhsuldar ötürmə edib.
Onun Azərbaycan Premyer Liqasındakı göstəricisi 30 matçda dörd qol və səkkiz assist olub.
Solayaqlı vinger sürəti və driblinqi ilə seçilir. “Kvanju”nun təqdimatında futbolçunun həm sağ və sol cinahda, həm də hücumun mərkəzinə yaxın mövqedə çıxış edə bildiyi qeyd olunub.
O, karyerası ərzində “Viktoriya Plzen”, “Lex Poznan” və “Kan”da da çıxış edib.


