Tale Heydərovdan 1000 manat gözləyirdilər, 1 manat da vermədi

2 Avqust 2022 14:40 Qəbələ 1 710
Tale Heydərovdan 1000 manat gözləyirdilər, 1 manat da vermədi

«Qəbələ»nin fəxri prezidenti Tale Heydərov futbolçuları özündən incik salıb.

Buna səbəb onun komanda üzvlərinə göstərdiyi biganəlikdir.

Belə ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğlu «Fehervar»la Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu (2:1) izləməyə gəlsə də, VİP-lojadan aşağı düşməyib.

Adətən, stadionda olduğu zaman paltardəyişmə otağına baş çəkən T.Heydərovu bu dəfə «qırmızı-qartallar»la kəlmə kəsməyi özünə rəva görməyib.

Halbuki futbolçular qələbə münasibətilə ondan, heç olmasa, 1000 manat mükafat gözləyirmiş. O isə «quru təbrik»i də komandaya çox görərək, gəldiyi kimi geri qayıdıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!