Adı "Qarabağ" və "Neftçi" ilə çəkilən isedadla bağlı ÖNƏMLİ AÇIQLAMA

21 May 2022 17:00 Qəbələ 1 468
Adı "Qarabağ" və "Neftçi" ilə çəkilən isedadla bağlı ÖNƏMLİ AÇIQLAMA

Hazırkı mövsümün kəşflərindən biri də "Qəbələ"nin yarımmüdafiəçisi Emil Səfərovdur.

2002-ci il təvəllüdlü futbolçuya "Qarabağ" və "Neftçi" kimi klubların müştəri düşdüyü iddialar arasındadır.

Maraqlıdır bölgə klubu bu barədə nə düşünür? Ümumiyyətlə, Emilin satılması və ya icarəyə verilməsi ehtimalları nə qədər realdır?

Sorğumuza cavab olaraq "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Emil Səfərov akademiyamızın yetirməsidir. Hələ də bizimlə müqaviləsi olan futbolçudur. Ona təkliflər olmağı normaldır.

Amma Emil hələ formalaşmağa davam etməlidir. Bizinən davam etməsi daha çox onun xeyrinə olacaq.

"Qəbələ"də özümüz onu inkişaf etdirə biliriksə, digər klublara niyə icarəyə verək?".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu