Görün, əyalət klubunun lideri nə yazır: "Bu qələbə inanmayanlara gəlsin"

17 May 2022 01:50 Qəbələ 493
Görün, əyalət klubunun lideri nə yazır: "Bu qələbə inanmayanlara gəlsin"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 27-ci turunda "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edərək, Avropa Konfrans Liqasına vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov feysbuk səhifəsində paylaşım edib.

36 yaşlı yarımmüdafiəçi paylaşımında bunlar qeyd edib:

"Bütün "Qəbələ" sevənləri bu qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bizə inananlardan çox, inanmayanlar var idi. Bu qələbə inanmayanlara gəlsin".

Asif Məmmədov cari mövsümdə Premyer Liqada meydana çıxdığı 22 oyunda 1 qol və 4 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti