Azərbaycanda belə super qolu tez-tez görmürük – VİDEO+FOTOREPORTAJ

7 Dekabr 2021 02:20 Qəbələ 1 122
Azərbaycanda belə super qolu tez-tez görmürük – VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son görüşü Zirə İdman Kompleksinin stadionunda baş tutub.

“Qəbələ” səfərdə “Zirə” ilə qarşılaşıb. “Qırmızı-qaralar” meydana ötən turdakı start “11-liy”i ilə çıxıb.

Qarşılıqlı hücumlarla başlayan matçın ilk dəqiqələrində hər iki qapı önündə təhlükəli vəziyyətlər yaranıb. Rafael Utziqin iki zərbəsi yaddaqalan olsa da, dəqiq alınmayıb.

Təşəbbüsü ələ alan “Qəbələ” daha çox hücum təşkil edib. Hissənin sonları məhsuldar alınıb. İsnik Alimidən ötürmə alan Urfan Abbasov sol cinahdan qapının uzaq küncünü nişan alıb.

Az keçməmiş qonaqlar fərqi artırıb. Rövlan Muradov cərimə zərbəsindən topu tirin altına göndərib – 2:0. Meydan sahibləri ilk yarıya artırılan dəqiqələrdə fərqi azalda biliblər.

İkinci hissənin əvvəlində də “qırmızı-qaralar” daha çox hücum qurub. Rafael Utziq və Ülvi İsgəndərovun yaddaqalan zərbələri hesabı dəyişmək üçün yetərli olmayıb.

Tədricən üstünlüyə yiyələnən meydan sahibləri hesabda tarazlıq yaratmaq üçün böyük qüvvə irəli atılıblar. Bu, qonaqlara kəskin əks-hücumlar imkanı yaratsa da, fərqi artırmaq mümkün olmayıb.

Rəqibin əldə etdiyi qol epizodlarında isə müdafiəçilər və qapıçı inamlı oynayıb. Nicat Mehbalıyev iki dəfə hesabın bərabərləşməsinə imkan verməyib.

Hakimin final fitindən az əvvəl qırmızı vərəqə alan Omar Hani “qırmızı-qaralar”ı azlıqda qoyub. Buna baxmayaraq, hesabı qoruyan “Qəbələ” səfərdən 2:1 hesablı qələbə ilə ayrılıb.

“Zirə” – “Qəbələ” 1:2

Zirə İdman Kompleksinin stadionu, 400 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Kamran Bayramov

Dördüncü hakim: Kamal Umudlu

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Sarı vərəqələr: Rüstəm Nuruyev, 15 (qeyri-idman hərəkəti); Cəlal Hüseynov, 29 (qeyri-idman hərəkəti); Davit Volkov, 42 (hakimin qərarına etiraz); Mehdi Cənnətov, 90+2 (hakimin qərarına etiraz) // Rövlan Muradov, 37 (qeyri-idman hərəkəti); Omar Hani, 62, 87 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 74 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rəşad Sadıqov, 71 (hakimin qərarına etiraz)

Qırmızı vərəqə: Omar Hani, 87

Qollar: Davit Volkov, 45+4 // Urfan Abbasov, 32; Rövlan Muradov, 40

Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 2 dəq.

“Zirə”

1. Mehdi Cənnətov

10. Ağabala Ramazanov (k)

2. Sertan Taşkın

(19. Təmkin Xəlilzadə, 51)

32. Qismət Alıyev

91. Coşqun Diniyev

18. Davit Volkov

44. Dmitrios Çantakias

26. Nemanya Andelkoviç

(4. Cəlal Hüseynov, 28)

47. Mohamed Hamdaui

9. Loris Broqno

51. Rüstəm Nuruyev

(8. İlkin Muradov, 36)

Ehtiyat oyunçular:

41. Anar Nəzirov

22. Rəşad Əzizli

15. Ruslan Abışov

11. Velves Santos

5. Rauf Hüseynli

13. Ramin Əhmədov

61. Nizami Səmədov

25. Vüsal Əliyev

Baş məşqçi: Rəşad Sadıqov

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(14. Ülvi İsgəndərov, 46)

11. Asif Məmmədov (k)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

9. Fernan Lopes

(7. Ehtiram Şahverdiyev, 68)

Ehtiyat oyunçular:

1. Kristof Atanqana

36. Elməddin Sultanov

6. Kamal Mirzəyev

77. Emil Səfərov

33. Hüseyn Mürsəlov

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti