“Neftçi” və “Keşlə” istədi, bu klubla müqavilə bağladı

6 İyul 2021 16:20 Qəbələ 1 461
“Neftçi” və “Keşlə” istədi, bu klubla müqavilə bağladı

Yay fasiləsində “Qəbələ”dən ayrılan Ceyms Adeniyinin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, nigeriyalı hücumçu yenidən İsraildə çıxış edəcək.

Bir müddət əvvəl “Neftçi” və “Keşlə”nin də maraq dairəsində olan 29 yaşlı ön xətt oyunçusu Petah Tikva “Makkabi”si ilə anlaşıb. Adeniyi yeni komandası ilə 1 illik müqavilə qol çəkib.

Ceyms Adeniyi “Qəbələ”də olarkən 2019/20 mövsümünü icarə əsasında İsrailin digər klubu “Hapoel İroni”də (Kiryat-Şmona) keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!