PFL Ağdam klubunun 2 xahişini birdən yerinə yetirdi

1 Dekabr 2020 13:40 Qarabağ 735
PFL Ağdam klubunun 2 xahişini birdən yerinə yetirdi

Sportinfo.az xəbər verir ki, Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.

Avropa Liqasındakı oyunlarını neytral meydanda keçirən Ağdam təmsilçisi vaxt məhdudiyyəti səbəbindən “Qəbələ” ilə dekabrın 6-da saat 14:00-da baş tutacaq səfər oyununun ev, 3-cü dövrənin “Qarabağ” – “Qəbələ” (6 mart) oyununun “Qəbələ” – “Qarabağ” oyunu kimi qeydə alınmasını xahiş edib.

Qəbələ klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.

6 dekabr

“Qarabağ” – “Qəbələ”

“Azersun Arena”, saat 14:00

6 mart

“Qəbələ” - “Qarabağ”

Qəbələ şəhər stadion

Digər Xəbərlər
Xəbər Lenti