“Qarabağ”ın qayıdışı: Onu bundan sonra doğma divarlar isidəcək - VİDEO

1 Dekabr 2020 17:00 Qarabağ 407
“Qarabağ”ın qayıdışı: Onu bundan sonra doğma divarlar isidəcək - VİDEO

“Qarabağ” ilə ölkə daxili və xaricində çox səfərlərə yollanmışam.

Amma bu səfər və bu səhər fərqli olacaqdı.

Bakı buxtasından seyr etdiyim bu günəş əslində işğaldan azad olunmuş torpaqlarımızdan doğmuşdu.

Tofiq Bəhramov adına Respublika Stadionunu, daha sonra “Azərsun Arena”nı özünə meydan seçmiş “Qarabağ” bu dəfə sözün əsl mənasında doğma divarlara sığınmaq üçün yol almışdı.

Hərçənd ki, 30 il düşmənə sipər olan bu divarlar olduqca yorğun görünürdü. Ağdamda ilk dayanacağımız cümə məscidi oldu. Diplomatik korpusun nümayəndələri ilə birgə planlaşdırılmış səfər müqəddəs məqamın ziyarətindən başladı.

Cümə məscidində Bakıda yerləşən Pravoslav Kilsəsinin keşişi Proiterey Sergiy ilə görüşdüm. “Neftçi” klubunun sadiq azarkeşi olan keşişin bir arzusu var. "İmarət" stadionunda "Qarabağ" və "Neftçi" komandalarının dostluq görüşünü izləmək:

Biz tolerantlıqdan danışmırıq, biz onu sadəcə göstəririk. Biz göstəririk ki, bizim xalqımız dostluğa, xoşbəxt həyata qiymət verir. Mən “Neftçi klubunun sadiq azarkeşiyəm.

Vətən müharibəsi başlayanda dua edirdim ki, kaş elə bir an gələydi bizim “Neftçi”miz burada “Qarabağ” arenada, yaxud İmarət stadionunda oyun keçirəydi. Siz də məndən orada azarkeş qismində müsahibə alaydınız”.

Məscidin qarşısında millət vəkili Aqil Abbasla rastlaşdıq. Doğma torpağına ayaq basan Aqil müəllim ilk dəfə bu qədər xoşbəxt olduğunu dedi. Meydanda olduğu kimi burada da eyni səfdə yer alan komanda üzvlərinin bu dəfəki qələbə sevinci fərqli idi.

Həmişə rəqibi qəbul edən Ağdamın Qarabağ klubunu bu dəfə Ağdam özü qəbul edirdi. Ağdamın abad günlərinin şahidi “Qarabağ” klubunun əməkdaşı Şahid Həsənovla həmsöhbət olduq.

Daha sonra "Qarabağ"ın veteran futbolçuları ilə hazırkı heyət arasında simvolik oyun keçirildi. Ağdam işğalından öncə "İmarət" stadionunda vurulmuş son qolun müəllifi olan Yaşar Hüseynov həmin görüşü belə

Mehman Rəsulov

.

Digər Xəbərlər
Xəbər Lenti