İspanlara qol vuran "Qarabağ"ın hücumçusu: "Daha güclü qayıdacağıq"

30 Oktyabr 2020 12:16 Qarabağ 449
İspanlara qol vuran "Qarabağ"ın hücumçusu: "Daha güclü qayıdacağıq"

"Qarabağ"ın qanalı futbolçusu Ovusu Kvabena Avropa Liqasının qrup mərhələsinin II turunda "Vilyarreal"a uduzduqları görüş barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu bu barədə "Instagram" hesabında paylaşım edib.

Ağdam təmsilçisinin yeganə qoluna imza atan qanalı forvard istədikləri nəticəni qazana bilmədiklərini yazıb:

"İstədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün məyusam. Avropa Liqası turnirində ilk dəfə qol vurduğum üçün xoşbəxtəm. Gələn həftə döyüşə davam edəcəyik və daha güclü qayıdacağıq".

Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir. Ölkə çempionu III turda səfərdə "Sivasspor"la üz-üzə gələcək. Noyabrın 5-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti