"Qarabağ"a 1 yox, hətta 3 transfer lazımdır

24 Oktyabr 2020 18:20 Qarabağ 680
"Qarabağ"a 1 yox, hətta 3 transfer lazımdır

Bu oyunda komanda, hətta klub şəklində məğlubiyyət vardı meydanda.

Əvvəla, oyunçuların tonusu itmişdi, fiziki hazırlıq pis olmasa da, real bacarıqlarını ortaya qoya bilmirdilər.

Çox sayda səhv ötürmələr, yanlış mövqe seçimləri...

Qurban Qurbanovun müdaxilələrinə baxmayaraq, 90 dəqiqə ərzində toparlana bilmədilər.

Baş məşqçi demişkən, həmin müdaxilələrin gecikdiyini də qeyd etmək olar.

Start heyətdə nominal hücumçunun yer almaması, 6 yarımmüdafiəçi ilə çıxılmasına baxmayaraq qol hücumunun məhz mərkəzdəki boşluqdan başlaması da Qurbanovun passivinə yazılmalıdır.

Kluba gəlincə, əsas məsuliyyət məhz rəhbərliyin üzərinə düşür. Yəni bu komandaya, heç olmasa, 1 əlavə oyunçu almaq üçün maliyyə ayırmaq, azacıq xərcə düşmək olmazdı?

Nə olacaqdı, üzüyünüzün qaşı düşəcəkdi?

Bir yox, hətta 3 transfer lazım idi. Bunu az qala iyundan yazır, deyirdik, amma xeyri olmadı. Nə isə...

Çox oldu, deyəsən. Amma bir şeyi də demək mütləq lazımdır. Koronavirus fasiləsinin ardından gələn Vətən müharibəsini də nəzərə almalıyıq.

Bu boyda problemin, çətinliyin arasında toparlanıb nəsə fenomenal bir şey nümayiş etdirmək də mümkün deyil...

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti