"Qarabağ" ilk dəfə - evdə 50-ci və 10 oyundan sonra

21 Sentyabr 2020 21:00 Qarabağ 402
"Qarabağ" ilk dəfə - evdə 50-ci və 10 oyundan sonra

“Qarabağ” klubu Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, Premyer Liqada III turun “Neftçi” ilə matçına təsadüf edib.

Ağdamlılar ev oyununda 1:2 hesabı ilə uduzub. Bu qarşılaşmayadək öz meydanında keçirdiyi 393 görüşdə 49 dəfə xalsız qalan “Qarabağ” yubiley məğlubiyyətinə üzülüb.

Bununla həm də Ağdam təmsilçisinin 10 matçdan ibarət məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sonuncu dəfə ötən il noyabrın 22-də “Sumqayıt”la səfər qarşılaşmasında uduzub - 1:2.

Digər Xəbərlər
Xəbər Lenti