"Qarabağ" - Avropadakı fövqəladə və səlahiyyətli səfir geri "çağırılıb"

21 Sentyabr 2020 12:02 Qarabağ 966
"Qarabağ" - Avropadakı fövqəladə və səlahiyyətli səfir geri "çağırılıb"

"Qarabağ" uzun illərdi yaşadığı legioner həyatını başa vuraraq Azərbaycan çempionatına qayıdır.

Hətta "Legiya" keçilsə belə, bu, ümumi konteksti dəyişməyəcək.

Ölkə futbolunun Avropadakı fövqəladə və səlahiyyətli səfiri geri "çağırılıb". Belə demək də olar. Səbəblər isə çoxdu.

Bu fikirlər yalnız bir "Neftçi" məğlubiyyətindən irəli gəlmir. Ardıcıl 5 oyun uduzub, sonra toparlanmaq da olar. "Qarabağ" buna qədər də dəfələrlə belə durumlara düşüb, heyət qıtlığı yaşayıb, fiziki və psixoloji basqı altında olub.

Amma yenə də ağırlığını ortaya qoyaraq qısa müddətdə çempionatın qızıl medallarına əsas namizəd statusunu hər kəsə göstərə bilib.

İndi də bu statusunu itirməyib, amma bu həna o hənadan deyil. Bu dəfə bərpa prosesi gec gedir və toparlanana qədər iş-işdən keçə bilər. Rəqibləri payızı daha diqqətli keçirib mübarizəni yaza daşıya bilsələr, hər şey çətin olacaq.

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!