"Keşlə"ni "aşsüzən" etdilər

5 Avqust 21:00 Qarabağ 1 485
"Keşlə"ni "aşsüzən" etdilər

Qəbələdə təlim-məşq toplanışında olan "Qarabağ" və "Keşlə" növbəti dəfə üz-üzə gəliblər.

Sportinfo.az xəbər verir ki, komandalar bu gün qüvvələrini yenidən sınayıblar. Matç Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, avrokubok iştirakçılarımızın Qəbələdə 4-cü sınaq matçı olub. Bu komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirmiş və Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınmışdı.

Avroliqa təmsilçimiz "Keşlə" bundan sonra "Zirə"ni 1:0, "Səbail"i 2:0 hesabıyla məğlub edib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" isə növbəti görüşlərində "Sabah"a 1:2 hesabıyla uduzub, "Neftçi"yə 1:0 hesabıyla qalib gəlib.

"Qarabağ" - "Keşlə" 4:0
Qollar:
Abdullah Zubir, 30, Kevin Medina, 70, Mahir Emreli, 76, Ovusu Kvabena, 89

Xəbər Lenti
17 Sentyabr 18:40 "Qarabağ" günahkardımı?
17 Sentyabr 18:30 "Biz bunun qurbanı olduq"
17 Sentyabr 18:10 Neymarın cəzası verildi