"Qarabağ" yenidən...

5 Avqust 2020 16:28 Qarabağ 1 127
"Qarabağ" yenidən...

Qəbələdə təlim-məşq toplanışında olan "Qarabağ" və "Keşlə" növbəti dəfə üz-üzə gələcəklər.

Sportinfo.az xəbər verir ki, komandalar bu gün qüvvələrini yenidən sınayacaqlar. Görüş saat 19:00-da başlayacaq.

Bu, avrokubok iştirakçılarımızın Qəbələdə 4-cü sınaq matçı olacaq. Bu komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirmiş və Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınmışdı.

Avroliqa təmsilçimiz "Keşlə" bundan sonra "Zirə"ni 1:0, "Səbail"i 2:0 hesabıyla məğlub edib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" isə növbəti görüşlərində "Sabah"a 1:2 hsabıyla uduzub, "Neftçi"yə 1:0 hesabıyla qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"