"Qarabağ" "Neftçi"yə birini vurdu, birini vurmadı, qalib gəldi

31 İyul 2020 21:20 Qarabağ 2 161
"Qarabağ" "Neftçi"yə  birini vurdu, birini vurmadı, qalib gəldi

Qəbələdə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi “Neftçi” ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən matçda Qurban Qurbanovun baş məşqçisi olduğu komanda minimal hesabla qalib gəlib- 1:0. 53-cü dəqiqədə "Qarabağ"dan Filip Ozobiç penaltini dəqiq yerinə yetirə bilməyib.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bundan əvvəl keçirdiyi yoxlama oyunlarında “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib, “Sabah”a isə 1:2 hesabı ilə məğlub olub. Avroliqa təmsilçimiz “Neftçi” isə “Sumqayıt”ı 3:0 hesabı ilə udub.

19:30 "Qarabağ" – "Neftçi" 1:0
Qol:
Bədavi Hüseynov, 50
Qəbələ şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"