“Qarabağ”ın ÇL üçün hazırlıq məkanı və tarixi bilindi

8 İyul 2020 16:28 Qarabağ 866
“Qarabağ”ın ÇL üçün hazırlıq məkanı və tarixi bilindi

“Qarabağ” təlim-məşq toplanışı üçün Qəbələni seçib.

Sportinfo.az xəbər verir ki, Bu barədə klubun direktoru Əmrah Çəlikəl deyib.

Onun sözlərinə görə, komanda Çempionlar Liqasına Qəbələdə hazırlaşacaq: “Artıq bu şənbə (11 iyul) Qəbələyə yola düşəcəyik. Ancaq hələ hansı hoteldə qalacağımız dəqiqləşməyib.

Onu deyə bilərəm ki, minimum 15 gün orada hazırlıq keçəcəyik. Lakin toplanışın neçə gün olacağına baş məşqçimiz Qurban Qurbanov qərar verəcək” (oxu.az).

Gümüş mükafatçı “Neftçi” də Qəbələyə yollanacaq. Bürünc mükafatçı “Keşlə” isə Şamaxı variantını seçib. Məşq keçməsinə icazə verilən dördüncü komandamız “Sumqayıt”da isə planlar hələ dəqiqləşməyib.

“Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə 27 avqustda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti