“Fənərbaxça” "Qarabağ"ın istədiyi ulduzu satacaq

29 May 2020 13:54 Qarabağ 734
“Fənərbaxça” "Qarabağ"ın istədiyi ulduzu satacaq

“Fənərbaxça” yarımmüdafiəçi Alper Potukla yolları ayıracaq.

Sportinfo.az xəbər verir ki, təcrübəli futbolçu transfer dönəmində klubdan göndəriləcək.

Alper İstanbul təmsilçisində qalmaq üçün maaşının endirilməsini razı olsa da, rəhbərlik oyunçunu satmaq niyyətindədir. Cari mövsüm məşqçilər heyətinin rəğbətini qazana bilməyən futbolçuya ikinci şans verilməyəcək.

28 yaşlı yarımmüdafiəçiyə Super Liqa təmsilçilərindən təkliflər var. Ancaq Potukun hansı klubda forma geyinəcəyi bəlli deyil.

Türkiyə millisinin sabiq üzvü yanvarda “Qarabağ”ın da maraq dairəsində idi. Ancaq oyunçu Azərbaycana gəlməyə müsbət yanaşmadığı üçün transfer reallaşmadı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?