Yay təlim-məşq toplanışı çərçivəsində "Qəbələ" doğma meydanda "Kəpəz"i qəbul edib.
Sportinfo.az xəbər verir ki, matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun ilk yarısında Paulo Quimbila hesabı açıb. Fasilədən sonra Nuğay Rəşidov fərqi iki topa çatdırıb.
Qonaqlar matçın sonunadək bir fəfə fərqlənsə də, “qırmızı-qaralar” görüşdən qalib ayrılıb – 2:1.
"Qəbələ" hazırlıq çərçivəsində iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə qarşılaşacaq.
"Kəpəz" isə iyulun 20-də isə "Şamaxı", iyulun 26-da isə "Sumqayıt"la yoxlama matçına çıxacaq.

