Fransanı məğlub edən İspaniya DÇ-2026-nın finalında - VİDEO

15 İyul 07:30 Dünya çempionatı 396
Fransanı məğlub edən İspaniya DÇ-2026-nın finalında - VİDEO

Dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün mundialda ilk finalçı müəyyənləşib.

İlk yarımfinal görüşü İspaniya və Fransa arasında keçirilib. İspaniya yığması iddialı rəqibi məğlub edərək, finala yüksələn ilk komanda olub.

Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər. 22-ci dəqiqədə Mikel Oyarsabal penalti zərbəsini dəqiq yerinə yetirib. 58-ci dəqiqədə isə Pedro Porro fəqlənib.

Digər finalçı sabah Argentina və İngiltərə yığmaları arasında keçiriləcək oyunda müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM