Avropa çempionatında mübarizə aparacaq - Bizim oxatanlar

15 İyul 04:30 Digər növlər 292
Avropa çempionatında mübarizə aparacaq - Bizim oxatanlar

Azərbaycan kamandan oxatanları iyulun 20-26-da İtaliyanın paytaxtı Romada keçiriləcək gənclər arasında Avropa çempionatında mübarizə aparacaqlar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyasından ​məlumat verilib.

Qitə birinciliyində Fatimə Hüseynli, Zəhra Carçılı, Nurlan Rəhimli və Sərdar Vəliyev çıxış edəcək. Onlar fərdi və qarışıq komanda növlərində 60 və 70 metr məsafələrdə mübarizə aparacaqlar.

​Komanda hazırda yarışa hazırlıq məqsədilə Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadıt. Avropa çempionatında milliyə məşqçilər Leyla Fazilova və Fuad Allahverdiyev rəhbərlik edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı