Vinisius Junior təkcə zehni deyil, həm də fiziki cəhətdən sağalmaq qərarına gəlib.
Sportinfo.az xəbər verir ki, "Real Madrid"in hücumçusu İtaliyaya tətilə gedib və orada braziliyalı bloger Virciniya Fonsekanın müşayiəti ilə lüks yaxtada görüntülənib.
Maraqlıdır ki, futbolçu əvvəllər onunla münasibətdə olub, lakin cütlük ayrıldıqlarını açıqlayıb. O zaman Virciniya ayrılmaq qərarını bu münasibətdə gələcək görməməsi ilə izah etmişdi.
Bu sözlərdən sonra onların romantik münasibətləri bitmiş kimi görünürdü. Lakin bir ildən az vaxt keçdi və paparassilər cütlüyü İtaliya sahillərində tətil edərkən yenidən birlikdə çəkdilər.
Nə Vinisius, nə də Virciniya münasibətlərinin bərpası ilə bağlı heç bir rəsmi açıqlama verməsələr də, onların yaxtada birlikdə çəkdirdikləri şəkillər artıq sosial mediada müzakirə dalğasına səbəb olub. Bir çox azarkeş futbolçunun və blogerin hisslərinə ikinci şans verdiyinə əmindir.



