“Qarabağ”ı sürpriz edərək keçə bilərik, ancaq real danışsaq, yox”

21:20 Qarabağ 152
“Qarabağ”ı sürpriz edərək keçə bilərik, ancaq real danışsaq, yox”

Futbolda iki nüans var – sürpriz və reallıq, yəni gözlənən hadisə.

Məsələn, sürpriz ilk oyunda “Vestri”nin qapısından 3 cavabsız top keçirən “Qarabağ”ın cavab qarşılaşmasında uduzub mübarizəni dayandırması sayıla bilər.

Reallıq isə “köhlən atlar”ın İslandiya səfərində də ölkə kubokunun son sahibini üstələməsi hesab olunacaq.

Komandaların güc nisbətinə diqqt yetirəndə reallıq daha ağlabatn görünür, nəinki sürpriz.

Maraqlıdır, “Vestri”nin futbolçusu İbrahima Balde bu mövzuda nə düşünür? Komandasının mərhələ adlaması onun üçün nə dərəcədə mümkün görünür?

Təcrübəli yarımmüdafiəçi Sportinfo.az-ın suallarını bu cür cavablandırıb:

“Qarabağ”ı sürpriz edərək keçə bilərik, ancaq real danışsaq, yox.

İstənilən halda sürprizlərin olduğuna inanmalı, ilk dəqiqələrdən sona qədər mübarizə aparmalıyıq.

Ən vacibi, bu cür rəqibə qarşı az səhv etməkdir. Gördüyünüz kimi, bütün qolları buraxdığımız səhvlərdən sonra vurdular.

Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 16-dan 17-nə keçən gecə saat 00:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti