Azərbaycan və Ermənistan milliləri bu yarışa qatıldı

07:40 Cüdo 84
Azərbaycan və Ermənistan milliləri bu yarışa qatıldı

Azərbaycan millisi Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular arasında keçiriləcək beynəlxalq turnirdə geniş heyətlə təmsil olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

İyulun 15-də start götürək və dörd gün davam edəcək turnirdə məşqçilər korpusu 20 boksçunu sınaqdan keçirəcək.

Yarışa Azərbaycan və ev sahibləri ilə yanaşı, Qazaxıstan, İsrail və Ermənistan milli komandaları qatılacaqlar.

Bu gün Gürcüstana yollanan boksçular iyulun 19-da Bakıya qayıdacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 17:30 Çək və bizə göndər!