Fransanı məğlub edən İspaniya DÇ-2026-nın finalında!

15 İyul 01:00 Dünya çempionatı 290
Fransanı məğlub edən İspaniya DÇ-2026-nın finalında!

Dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub.

Sportinfo.az xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər.

Qolları Mikel Oyarsabal (22-p.) və Pedro Porro (58) vurublar.

İspaniya yığmasının həlledici mərhələdəki rəqibi İngiltərə - Argentina matçının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda görüşdə sözügedən cütün məğlubu ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti