“Şəfa” beşi ilə razılaşdı

15 İyul 01:50 Hadisə 495
“Şəfa” beşi ilə razılaşdı

“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bakı təmsilçisinin ilk matçı iyulun 17-də “İmişli”yə qarşı olacaq.

Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv iyulun 25-də Qəbələdə eyniadlı komandanın qonağı olacaq. İyulun 31-dəki sınaq oyunununda “Şəfa” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Avqustun 7-də isə iki oyunun baş tutması planlaşdırılır. Səhər saatlarında “Neftçi-2” ilə üz-üzə gələcək komandanın axşamkı rəqibi isə “Qarabağ-2” olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı