“Qarabağ”ın problemli futbolçularının son vəziyyəti necədir?

15 İyul 01:10 Qarabağ 809
“Qarabağ”ın problemli futbolçularının son vəziyyəti necədir?

“Qarabağ”ın zədəli futbolçularının son durumu açıqlanıb.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müdafiəçi Bəhlul Mustafazadə bərpa prosesini davam etdirir.

Reabilitasiyanın növbəti mərhələsinə keçib və hazırda komandanın ümumi məşqlərində iştirak etmir. O, hazırlığını fərdi proqram əsasında davam etdirir.

Komandanın hücumçusu Musa Qurbanlının vəziyyətində də müsbət irəliləyiş var. Klubdan verilən məlumata görə, onun yaxın bir həftə ərzində fərdi hazırlıq prosesinə başlaması gözlənilir.

“Qarabağ” Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə qarşılaşıb. Bakıda keçirilən ilk görüşdə Ağdam təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 16-da Bakı vaxtı ilə saat 23:59-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı